İranlı qadın 2022-ci ildə kuraş üzrə ən yaxşı idmançı seçilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i396222-İranlı_qadın_2022_ci_ildə_kuraş_üzrə_ən_yaxşı_idmançı_seçilib
İranlı qadın güləşçi Beynəlxalq Kuraş Assosiasiyasının rəsmi açıqlamasına əsasən, 2022-ci ildə bu güləş növü üzrə dünyanın ən yaxşı idmançısı seçilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2022 11:14 Asia/Baku
  • İranlı qadın 2022-ci ildə kuraş üzrə ən yaxşı idmançı seçilib

İranlı qadın güləşçi Beynəlxalq Kuraş Assosiasiyasının rəsmi açıqlamasına əsasən, 2022-ci ildə bu güləş növü üzrə dünyanın ən yaxşı idmançısı seçilib.

SəhərAzəri-nin məlumatına əsasən, 87 kiloqram çəki dərəcəsində İranı təmsil edən Fatimə Bərməki bu il Hindistanda keçirilən dünya çempionatında və Tacikistanda keçirilən Asiya çempionatında qızıl medal qazanaraq, 2022-ci ildə qadınlar arasında kuraş üzrə dünyanın ən yaxşı idmançısı olub. 

İranlı idmançı Fatimə Bərməkinin mükafatı 2023-ci ildə Türkmənistanda keçiriləcək kuraş üzrə dünya çempionatında ona təqdim olunacaq.