Yan 28, 2023 13:47 Asia/Baku
  • Real Madrid Lissabon finalını təkrarladı

Real Madrid Braziliyalı ulduzlarının parlaq çıxışı ilə İspaniya kubokunun yarımfinalına yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, İspaniya kubokunun 1/4 final mərhələsində "Real Madrid" öz həmyerlisi Atletikonu qəbul edib və son dəqiqələrə qədər rəqibindən geri qaldığı halda, 2014-cü ildə Avropa Çempionlar Liqasının finalında olduğu kimi geriyə dönüş edərək, əlavə vaxtda Dieqo Simeonenin komandasını məğlub edib.

Bu matçda Alvaro Morata əvvəlcə Atletiko-nu önə keçirib, lakin oyunun 79-cu dəqiqəsində braziliyalı Rodriqo gözəl bir hərəkətlə bərabərlik qolunu vurub.

Rodriqo ötən kubokda Vilyarreal qarşısnda keçirilən oyunda əvəzləndikdən sonra Real Madridin baş məşqçisi Karlo Ançelotti ilə şifahi gərginlik yaşamışdı. 

Əlavə vaxtda Atletikonun müdafiəçisi "Stefan Saviç"in ikinci sarı vərəqə alaraq, meydandan qovulmasından sonra Real Madrid "Kərim Benzema" və "Vinisius Junior"un qolları ilə rəqibini darmadağın edib və 3-1 hesablı qələbə ilə yarımfinala vəsiqə qazanıb.

Teqlər