İranlı yunan-roma güləşçiləri Zaqrebdə üç müxtəlif medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i397073-İranlı_yunan_roma_güləşçiləri_zaqrebdə_üç_müxtəlif_medal_qazanıblar
İranlı güləşçilər Xorvatiyanın Zaqreb şəhərində keçirilən Open kuboku uğrunda yunan-roma güləşi üzrə reytinqli beynəlxalq turnirinin ilk günündə 3 medal qazandılar
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2023 08:28 Asia/Baku
  • İranlı yunan-roma güləşçiləri Zaqrebdə üç müxtəlif medal qazanıblar

İranlı güləşçilər Xorvatiyanın Zaqreb şəhərində keçirilən Open kuboku uğrunda yunan-roma güləşi üzrə reytinqli beynəlxalq turnirinin ilk günündə 3 medal qazandılar

Dünən Xorvatiyanın Zaqreb şəhərində keçirilən Open kuboku uğrunda yunan-roma güləşi üzrə reytinqli beynəlxalq turnirin ilk gününün sonunda İran nümayəndələri bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

Bu istiqamətdə Məhəmməd-Əli Gərayi yetmiş yeddi kiloqram çəki dərəcəsində qızıl, Nasir Əlizadə səksən yeddi kiloqram çəkidə gümüş və Əmin Kavyaninejad yetmiş yeddi kiloqram çəki dərəcəsində bürünc medala nail olublar.

Bu gün İranın yunan-roma güləşi üzrə digər nümayəndələri- İman Məhəmmədi və Arif Məhəmmədi- altmış üç, Danyal Söhrabi və Rza Abbasi isə altmış yeddi kiloqram çəki dərəcələrində öz güclərini sınayacaqlar.

 

İRANLI YUNAN-ROMA GÜLƏŞÇİLƏRİ 3 MÜXTƏLİF MEDAL QAZANIBLAR