Apr 08, 2023 18:59 Asia/Baku

Portuqaliyanın "Portu" klubu iranlı hücumçusunun parlaq çıxışı ilə "O klassiko" derbisinin qalibi olub.

SəhərAzəri-nin məlumatına əsasən, "Portu" Mehdi Tareminin qolu ilə 252-ci O Klassiko derbisini qazanıb.

Portuqaliya Premyer Liqasının 27-ci turu çərçivəsində Lissabondakı "Da Luz" stadionunda keçirilən görüşdə "Portu" səfərdə lider "Benfika"nı 2:1 hesabı ilə məğlub edib və 64 xalla ikinci pillədə qərarlaşıb.

Bu oyunda İranın futbol üzrə milli komandasının hücumçusu "Mehdi Taremi" ikinci qolu vuraraq "Portu"ya qələbə qazandırıb.

Teqlər