Apr 13, 2023 17:47 Asia/Baku
  • Murtəza Qiyasi dörddə bir finala yüksəlib

Yuxarı yaşlıların sərbəst güləş üzrə otuz altıncı Asiya çempionatının ilk beş çəki dərəcəsi üzrə görüşləri bu gün səhər Qazaxıstanın Almatı şəhərində keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Əlirza Sərlək ilk mərhələdə Yaponiya təmsilçisi Rikoto Aray-a məğlub olub. Rəhman Əmuzad dörddə bir finalda qazaxıstanlı güləşçi Səncər Muxtara qalib gəlib və yarımfinala yüksəlib.

Murtəza Qiyasi ilk etapda Pakistan güləşçisi İnayətullahın zədələndiyi və görüşə gəlmədiyi üçün qələbə qazanıb. O, dörddə bir finalda tacikistanlı Mustafa Əhmədovla sinqapurlu güləşçi Bin arasında keçirilən görüşün qalibi ilə güləşəcək.

Əmir-Hüseyn Kavusi ilk mərhələdəki istirahətdən sonra ikinci etapda Bəhreyni təmsil edən Xıdır Seyfəddinovla Qırğızıstan güləşçisi Adilet Maratbayev arasındakı görüşün qalibi ilə qarşılaşacaq.

Müctəba Qılıc ilk etapda Monqolustan güləşçisi Ulzisixan Basantsugeti məğlub edib. O, dörddə bir finalda yaponiyalı güləşçi Nakaşi İşiqoro ilə görüşəcək

 

Teqlər