Türkiyədə keçirilən yunan-roma yarışlarında İran 2 qızıl qazanıb
Türkiyə Çempionlar Kubokunda gənclər arasında beynəlxalq güləş yarışının ilk dörd çəkisində iki iranlı güləşçi qızıl medal qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, gənclər arasında yunan-roma güləşi üzrə beynəlxalq yarış olan Türkiyə Çempionlar Kuboku bazar günündən Antalyada ilk dörd çəki dərəcəsində start götürüb və bu yarışda 55 kq çəki dərəcəsində Əli Əhmədi Vəfa və 67 kq çəki dərəcəsində Əhura Boveyri İran təmsilçisi olub ki, onların hər ikisi qızıl medal qazanmağa müvəffəq olub.
55 kq çəkidə dərəcəsində mübarizə aparan Əli Əhmədi Vəfa final görüşündə türkiyəli rəqibini 9:1 hesabı ilə məğlub edərək, İran komandası üçün ilk qızıl medalı qazanıb.
Həmçinin 67 kq çəkidə dərəcəsində Əhura Boveyri final görüşündə digər bir türkiyəli güləşçiyə 9:1 hesabı ilə qalib gələrək, qızıl medal sahibi olub.
Digər çəki yarışları isə bazar ertəsi və çərşənbə axşamı keçiriləcək. Bu gün yarışların ikinci mərhələsində 60 kq çəkidə Əmirreza Deh Bozorgi və Məhəmməd Əşiri, 87 kq çəkidə isə Əbülfəzl Çubani və Əbülfəzl Paydar rəqibləri ilə qarşılaşacaqlar.