İranın yeniyetmə yunan-roma güləşçiləri Asiya çempionatında uğur qazanıblar
İyun 11, 2023 16:46 Asia/Baku
İranın yeniyetmə yunan-roma güləşçiləri Asiya çempionatının ilk günündə dörd qızıl, bir gümüş və bir bürünc medal əldə ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Dünən Qırğızıstanın Bişkek şəhərində keçirilən yeniyetmələrin Asiya çempionatının ilk gününün sonunda Məhəmməd-Merac Mohmedi əlli bir, Məhəmməd-Rza Qulami əlli beş, Əli-Əkbər Əsğəri doxsan iki və Əmir-Hüseyn Əbduli yüz on kiloqram çəki dərəcələrində qızıl, İrfan Muradi qırx beş kiloqram çəki dərəcəsində gümüş, Əli Dizfulinejad isə altmış kiloqram çəki dərəcəsində bürünc medal qazanıblar.
Bu gün üç yekun çəki dərəcəsində Əhməd-Rza Məhəmmədiyan altmış beş, Həbibullah Rəhimi yetmiş bir, Kamran Bekpikri isə səksən kiloqram çəki dərəcələrində rəqibləri ilə mübarizə aparacaqlar.