İyun 28, 2023 16:28 Asia/Baku
  • İranın qadın atletləri qitələrarası ağır atletika yarışlarında tarix yazdılar

İranın qadınlardan ibarət ağır atletika üzrə milli komandası Honq-Konqda keçirilən Qitələrarası Kubokda tarix yazıb.

İranın qadın ağır atletika komandası Asiya, Sakit Okean və Afrika Ağır Atletika Çempionatında ilk dəfə iştirak edərk, bir sıra qızıl, gümüş və bürünc medallar qazanıb.

İranlı ağırlıqqaldıran xanım Şəhla Qəhrəmani bu çempionatda 69 kq çəki dərəcəsində yarışda bir qızıl və iki gümüş medal qazanıb.

76 kq çəki dərəcəsində yarışan İran çempionu "İlham Süleyman" bir gümüş və bir bürüncdən əlavə daha bir qızıl medal qazanıb.

18 ölkədən ağır atletlərin iştirakı ilə ağır atletika üzrə Asiya, Sakit Okean və Afrika Çempionatı Honq-Konqun ev sahibliyi ilə keçirilir.