İranlı həndbolçu qızlar Özbəkistan komandasına qalib gəldi
İranın qızlardan ibarət həndbol komandası Özbəkistan üzərində qələbə qazanaraq Asiya çempionatında ilk qələbəsini qazanıb.
Məlumata görə, İranın qızlardan ibarət həndbol yığması Asiya çempionatında ikinci oyununda yaxşı performans göstərərək Özbəkistan komandasına qalib gələrək və 26-37 hesablı nəticə ilə ilk qələbəsini qeyd edib.
Bu oyunun sonunda Fateme Merrix meydanda ən yaxşı oyunçu kimi tanınıb.
Qızlar bu yarışın ilkin mərhələsində üçüncü matçında sabah saat 11:30-da “Çin Taypeyi” ilə qarşılaşacaqlar.
Qeyd edək ki, iyunun 30-da Honq-Konqun ev sahibliyi etdiyi qızlar arasında həndbol üzrə 17-ci Asiya çempionatı başlayıb ki, bu yarışlar iyulun 9-nadək davam edəcək. Bu yarışların ilk 5 qalib komandası Şimali Makedoniyada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.