İranlı atlet Fərzanə Fəsihi Kazanov kubokunun qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i401308-İranlı_atlet_fərzanə_fəsihi_kazanov_kubokunun_qalibi_olub
İranlı qadın atlet Qazaxıstanda keçirilən Kazanov kubokunda 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb. Həmçinin İranın milli rekordunu da yeniləyib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyul 02, 2023 13:58 Asia/Baku
  • İranlı atlet Fərzanə Fəsihi Kazanov kubokunun qalibi olub

İranlı qadın atlet Qazaxıstanda keçirilən Kazanov kubokunda 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb. Həmçinin İranın milli rekordunu da yeniləyib.

Qazaxıstanda atletika üzrə beynəlxalq "Kazanov Kuboku"nun 100 metr məsafəyə qaçış yarışlarının final mərhələsi şənbə günü keçirilib və iranlı Fərzanə Fəsihinin qələbəsi ilə yekunlaşıb.

Tanınmış iranlı qadın atlet Fərzanə Fəsihi finiş xəttini digər rəqiblərindən tez keçə bilib və ölkə rekordunu yeniləyərək, bu yarışın çempionu titulunu da qazanıb.

Fəsihi 11.41 saniyə nəticə göstərərək bu yarışın qızıl medalını qazanıb.

Bundan əvvəl İranda qadınlar arasında 100 metr məsafəyə qaçışda milli rekord Həmidə İsmayılnejada məxsus idi. 

 Fəsihinin 100 metr məsafəyə qaçışda göstərdiyi nəticə onun mənfi dopinq testindən sonra qeydə alınacaq.