İran millisi parataekvondo yarışlarında ikinci olub
İranın milli parataekvondo komandası iki qızıl və dörd bürünc medal əldə etməklə Fransa sərbəst yarışlarının ikincisi olub.
SəhərAzəri-nin məlumatına əsasən, Ötən cümə günü altı qızıl və bürünc medalla Avropa çempionatının ikinciliyini qazanmış İran parataekvondoçuları iyulun ikisində keçirilən sərbəst yarışlarda həmin nailiyyəti təkrar ediblər.
Dünyanın otuz bir ölkəsindən yüz otuz taekvondoçunun iştirakı ilə Fransanın Monteqji şəhərində keçirilən yarışların sonunda İran millisi iki qızıl və dörd bürünc medal qazanmağa nail olub.
Məryəm Abdullahpur və Hamed Həqşenas cüməgünkü yarışlarda olduğu kimi, iki qızıl medal əldə ediblər. Roza İbrahimi, Romina Çəmsorki, Səid Sadeqiyanpur və Əlirza Bəxt isə dörd dəyərli bürünc medal əldə ediblər. Yarışların sonunda İran millisi Türkiyə komandasından sonra ikincilik əldə edib. Meksika və İngiltərə yığmaları isə müvafiq olaraq, üçüncü və dördüncü olublar.