İyul 14, 2023 13:22 Asia/Baku
  • İran voleybol üzrə dünya çempionatinin yarimfinalinda

İran yığması 21 yaşadək voleybol üzrə dünya çempionatının yarımfinalına vəsiqə qazanıb

Bolqarıstan yığmasına qalib gələn İranın gənclərdən ibarət voleybol komandası öz qrupunda birinci olub və iyirmi bir yaşadək voleybol üzrə dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.

İranın gənclərdən ibarət voleybol komandası dünən sözügedən çempionatın ikinci etapındakı üçüncü və sonuncu görüşündə Bolqarıstan yığmasını üç-bir hesabı ilə məğlub edib.

Həmin görüşədək bu iki komanda əsla məğlub olmamışdı. İlk gündən çempionluq əzmində olan İran voleybolçuları sözügedən görüşü üç-sıfır hesabı ilə başa vurmaqda qərarlı olsalar da, oyun onların gözlədikləri kimi elə də asan olmayıbdır.