İran Asiya yeniyetmələr arası sərbəst güləş üzrə yarışlarda ikinci oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i401739-İran_asiya_yeniyetmələr_arası_sərbəst_güləş_üzrə_yarışlarda_ikinci_oldu
İranın sərbəst güləş komandası sərbəst güləş üzrə Asiya çempionatında ikinci yeri tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2023 12:04 Asia/Baku
  • İran Asiya yeniyetmələr arası sərbəst güləş üzrə yarışlarda ikinci oldu

İranın sərbəst güləş komandası sərbəst güləş üzrə Asiya çempionatında ikinci yeri tutub.

Məlumata görə, cümə günü İordaniyanın paytaxtı Əmmanda gənclər arasında sərbəst güləş üzrə Asiya çempionatı keçirilib və yekunda İran komandası 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq ikinci olub.

Bu yarışlarda Hindistan komandası 3 qızıl, 2 gümüş və 2 bürünc medal və 173 xalla çempionatın qalibi olub, Yaponiya komandası isə 2 qızıl, 1 gümüş və 3 bürünc medal və 145 xalla üçüncü yerdə qərarlaşıb.