İranın gənc voleybolçuları dünya çempionatının finalında
Argentina yığmasını məğlub edən İranın gənclərdən ibarət voleybol komandası dünya çempionatının finalına vəsiqə qazanıb.
İyirmi bir yaşadək gənclər arasında voleybol üzrə iyirmi ikinci dünya çempionatının yarımfinal mərhələsi dünən iki görüşlə Bəhreynin Manama şəhərində təqib olunub.
İkinci görüşdə İran və Argentina yığmaları dünən Bakı vaxtı ilə saat iyirmi birdə qarşılaşıblar. Bu görüşdə rəqib komandanı üç-bir hesabı ilə məğlub edən İran millisi ikinci dəfə dünya çempionatının finalına vəsiqə əldə edib.
Birinci yarımfinal görüşündə Bolqarıstan və İtaliya yığmaları qarşılaşıblar. İtaliya üç-bir hesabı ilə Bolqarıstan yığmasına qalib gəlib və altıncı dəfə yarışların finalına yüksəlib.
Beləliklə, 2021-ci ilin çempionu olan İtaliya və 2019-cu ilin çempionu olan İran komandaları arasında final qarşılaşması bu gün Bakı vaxtı ilə saat iyirmi birdə keçiriləcək. Komandalar 2023-cü ilin dünya çempionluğu uğrunda mübarizə aparacaqlar.