İyul 17, 2023 12:09 Asia/Baku
  • İranın gənc voleybolçuları dünyanın zirvəsində dayandılar

İranın gənclərdən ibarət voleybol komandası İtaliyanı məğlub edərək, inamla və ardıcıl səkkiz qələbə ilə dünya çempionatının qalibi olub və ikinci dəfə birinci yerdə dayandılar.

İyulun 7-dən 16-dək Bəhreynin Manama şəhərində keçirilən  21 yaşadək kişilər arasında voleybol üzrə 22-ci dünya çempionatı dünən gecə İranın çempionluğu ilə başa çatdı.

Bu turnirin səkkizinci və sonuncu günündə səkkiz görüş baş tutdu ki, ən mühüm görüşdə İran və İtaliyanın gənclərdən ibarət milli voleybol komandaları çempionluq uğrunda Tehran vaxtı ilə saat 21:00-da üz-üzə gəldilər.

Qulamrza Mömini Müqəddəmin yetirmələri bu görüşdən əvvəl yeddi ardıcıl qələbə qazanmışdılar. Onlar bu görüşdə 3-2 hesabı ilə qalib gəldilər və inamla və səkkiz ardıcıl qələbə ilə dünya çempionu olub, 22-ci kuboku məğlubiyyətsiz əldə etdilər.