Xosrəvi Paris çempionatında İranın səkkizinci medalını qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i401793-xosrəvi_paris_çempionatında_İranın_səkkizinci_medalını_qazandı
İranlı atlet Yasin Xosrəvi Parisdə keçirilən para atletika üzrə dünya çempionatında yeni rekord qeydə alaraq, qızıl medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2023 09:21 Asia/Baku
  • Xosrəvi Paris çempionatında İranın səkkizinci medalını qazandı

İranlı atlet Yasin Xosrəvi Parisdə keçirilən para atletika üzrə dünya çempionatında yeni rekord qeydə alaraq, qızıl medal qazanıb.

Parisdə keçirilən para atletika üzrə 10-cu dünya çempionatının 8-ci günündə dünən  F57 kateqoriyasında nüvə itələmə yarışı keçirilib.

Bu yarışda İran təmsilçisi Yasin Xosrəvi 12 rəqiblə mübarizə aparıb və yekunda F57 kateqoriyasında nüvə itələmədə 16,01 metrlik rekord vuraraq, dünya rekordunu yeniləyib və çempionu olub.

Xosrəvi, həmçinin İran karvanı üçün Paralimpiya Oyunlarına 14-cü kvotanı əldə edib.