Asiya çempionatının ilk günündə İranın karate komandası 5 medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i401935-asiya_çempionatının_ilk_günündə_İranın_karate_komandası_5_medal_qazanıb
İranın karate komandası Asiya çempionatının ilk günündə iki qızıl və üç bürünc medal qazanıb.
(last modified 2024-06-25T08:12:33+00:00 )
İyul 22, 2023 13:50 Asia/Baku
  • Asiya çempionatının ilk günündə İranın karate komandası 5 medal qazanıb

İranın karate komandası Asiya çempionatının ilk günündə iki qızıl və üç bürünc medal qazanıb.

Karate üzrə Asiya çempionatının ilk gününün sonunda İran komandası üçün Atusa Golşad Nejad və Behnam Dehqanzadə iki qızıl, Əmir Mehdizadə, Fatimə Sadigi və Əbülfəzl Şəhrcerdi üç bürünc medal qazanıb.

İran millisinin qalan oyunçuları bu gün kişi və qadınlardan ibarət fərdi kumitedə tatami üzərinə çıxacaqlar.

Qeyd edək ki, cümə günü Malayziyanın Malakka şəhərində karate üzrə böyüklər arasında Asiya çempionatına start verilib və üç gün davam edəcək.