İyul 26, 2023 13:23 Asia/Baku
  • İraqlı qılıncoynadanlar sionistlərlə görüşdən imtina ediblər

İraq qılıncoynatma federasiyası bildiribdir ki, bu ölkənin qılıncoynadanları püşkatmadan sonra İsrail rejimi oyunçuları ilə bir qrupa düşdükləri üçün dünya çempionatında iştirakdan imtina edib və yarışlardan götürülüblər.

Federasiya virtual mühitdəki istifadəçi hesabında yaydığı bəyanatda belə qeyd edib: Oyunçularımız qılıncoynatma federasiyası üçün yeni bir qəhrəmanlıq mövqeyində sionist rejimlə görüşdən və dünya çempionatında iştirakdan vaz keçiblər.

Bəyanatda deyilir: İraq qılıncoynatma federasiyası sionist rejimlə münasibətləri normallaşdırmağı cinayət hesab edən İraq hökuməti və məclisinin qərarlarının icrasında dini mərcə və rəhbərlərə itaətetmə, həmçinin milli sabitlik prinsiplərinə əsasən, öz inamlarına sadiqdir. Bəyanatda daha sonra deyilir: Qılıncoynadanlarımız püşkatmadan və sionist rejimlə eyni qrupa düşəndən sonra bu yarışlarda iştirakdan vaz keçdi və qrupdan götürüldülər.