İran 2023 Deyvis Kubokunun qalibi olub
İyul 29, 2023 15:55 Asia/Baku
İranın tennis üzrə yığma komandası Şri-Lankada keçirilən 2023-cü il Deyvis Kubokunun qalibi olub.
İran tennisçiləri Devis Kuboku Asiya-Sakit Okean III Qrupunda Vyetnam, Səudiyyə Ərəbistanı və Şri Lankanı məğlub edərək, təxminən yarım əsrdən sonra dünyanın 2-ci qrupuna yüksəlib.
İran tennisçiləri bu gün turnirin digər iddialı komandası olan Sakit okean komandası ilə qarşılaşıblar və nəhayət, 2-0 hesabı ilə qalib gələrək bu yarışda birinciliyi əldə ediblər.