Evklid teleskopu çəkdiyi ilk şəkilləri Yerə göndərib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i402242-evklid_teleskopu_çəkdiyi_ilk_şəkilləri_yerə_göndərib
Bazar günü 31 iyulda Avropa Kosmik Agentliyinin Evklid teleskopunun çəkdiyi ilk sınaq şəkilləri nümayiş olunub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 01, 2023 11:42 Asia/Baku
  • Evklid teleskopu çəkdiyi ilk şəkilləri Yerə göndərib

Bazar günü 31 iyulda Avropa Kosmik Agentliyinin Evklid teleskopunun çəkdiyi ilk sınaq şəkilləri nümayiş olunub.

Ulduzlarla dolu kadrlar kosmos teleskopunun işə salınması zamanı çəkilib, buna görə də onun tam potensialını əks etdirmir, amma onun missiyasını yerinə yetirməyə qadir olduğunu təsdiqləyir.

Evklid işə salındıqdan sonra kainatın ən böyük xəritəsini tərtib edəcək. Alimlər bu teleskopun fəaliyyəti ilə kainatın formalaşması və genişlənməsi, eləcə də bütün bunlarda qaranlıq enerji, qaranlıq maddə və cazibə qüvvəsinin oynadığı rola dair köklü yeni anlayışlar əldə etməyə ümid edirlər.