İranlı qadın taekvondoçu Dünya Universiada Oyunlarında bürünc medal qazanıb
Avq 02, 2023 16:47 Asia/Baku
İranlı qadın taekvondoçu Çində keçirilən Ümumdünya Tələbələr Universiadasının bürünc medalını qazanıb.
Məlumata görə, İranın 62 kq dərəcəsində taekvondoçusu Nərgiz Mir Nurullahi Braziliya və Cənubi Koreya təmsilçilərinin məğlub etdikdənsonra yarımfinal mərhələsində özbəkistanlı Firuza Sadiqova ilə görüşdə 2:0 hesabı ilə məğlub edib.
Bu nəticə ilə finala vəsiqə qazana bilməyən İranlı təmsilçimiz bürünc medalla kifayətlənib.
Qeyd edək ki, bu uğur iranlı qadınlar üçün Çin Universiadasında altıncı medaldır.
Xatırladaq ki, iyulun 29-da Çinin Çenqdu şəhərində 119 ölkədən idmançıların iştirakı ilə 18 idman növü üzrə 30-cu Ümumdünya Tələbə Universiadasına start verilib.