Avq 03, 2023 15:24 Asia/Baku
  • İranlı oğlanlar yeniyetmələrin yunan-roma güləşində dünya çempionu olublar

İranın yeniyetmələrdən ibarət yunan-roma güləşi komandası Türkiyədə keçirilən dünya çempionatında bir qızıl, bir gümüş və iki bürünc medalla dünya çempionu titulunu qazanıb.

Sözügedən dünya çempionatı iIyulun otuz birindən avqustun ikisinədək Türkiyənin İstanbul şəhərində keçirilib.

Yarışların sonunda İran millisi/ Pəyam Əhmədinin qızıl və Əhməd-Rza Məhəmmədiyanın gümüş medalları, həmçinin Əli-Rza Əmiri və Əmir-Hüseyn Əbdülinin iki bürünc medalı ilə çempionluq zirvəsinə yüksəlib.

Komanda sıralamasında İran millisi yüz on üç xalla birinci olub. Azərbaycan və Gürcüstan komandaları isə müvafiq olaraq, yüz səkkiz və doxsan altı xal ilə ikinci və üçüncü olublar.

 

Teqlər