İran karvanı Universiada oyunlarında 23 rəngarəng medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i402439-İran_karvanı_universiada_oyunlarında_23_rəngarəng_medal_qazanıb
İranın Ümumdünya Universitet Oyunlarında iştirak edən idman heyəti 5 qızıl, 6 gümüş və 12 bürünc olmaqla, 23 rəngarəng medal qazanıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 08, 2023 12:51 Asia/Baku
  • İran karvanı Universiada oyunlarında 23 rəngarəng medal qazanıb

İranın Ümumdünya Universitet Oyunlarında iştirak edən idman heyəti 5 qızıl, 6 gümüş və 12 bürünc olmaqla, 23 rəngarəng medal qazanıb.

Çinin Çenqdu şəhərində 100-dən çox ölkədən kişi və qadın idmançıların iştirakı ilə keçirilən 31-ci Ümumdünya Universitet Oyunları (Universiada) iyulun 29-dan başlayıb və dünən avqustun 7-də başa çatıb.  

İranın idman heyəti 11 oyunda, o cümlədən: voleybol, atletika, qılıncoynatma, cüdo, avarçəkmə, oğlanlar üçün gimnastika, taekvondo, oxatma, atıcılıq, uşu və stolüstü tennis oyunlarında iştirak edib və 23 rəngarəng medalla evə qayıdıb.