Avq 10, 2023 16:00 Asia/Baku
  • İranın U-19 voleybol komandası dünyanın 4 ən yaxşı komandasına qoşulub

İranın 19 yaşadək oğlanlardan ibarət voleybol komandası 2023-cü il dünya çempionatında yarımfinala yüksəlməyi bacarıb və dünyanın ən yaxşı 4 komandası sırasına qoşulub.

Argentinanın "San Xuan" şəhərində keçirilən yarışlarda İran komandası Belçikanı məğlub edərək, çempionatların final mərhələsinə yüksələ bilib.

Belçika yığması üzərində qələbə İranın ardıcıl beş qələbə qazanması ilə nəticələnib.

İranın 19 yaşadək oğlanlardan ibarət voleybolçuları yarımfinalda İtaliyanı 3:0 hesabı ilə məğlub edən Cənubi Koreya komandası ilə qarşılaşacaq.

Həmçinin, ABŞ yarımfinalda Fransa ilə qarşılaşacaq.

Teqlər