Avq 12, 2023 15:52 Asia/Baku
  • İranın U-19 voleybol komandası dünya çempionatında ikinci oldu

İranın 19 yaşadək oğlanlardan ibarət voleybol üzrə yığması komandası 2023-cü il dünya çempionatının finalında Fransaya məğlub olaraq, ikinci olub.

Avqustun 2-dən Argentinanın San-Xuan şəhərində başlayan 19 yaşadək yeniyetmələr araslnda voleybol üzrə 18-ci dünya çempionatı şənbə günü səhər başa çatıb.

Final oyununa qədər bu yarışlarda ardıcıl 7 qələbə qazanan İranın yeniyetmələrdən ibarət voleybol komandası Fransa komandası ilə qarşılaşıb və oyunçuların səylərinə baxmayaraq, məğlub olaraq, ikinci olub.

Bu görüşdə İran komandası rəqibinə 1-3 hesabı ilə uduzaraq, üçüncü dəfə ikinciliyi qazanıb.

Siralamada görüşündə Cənubi Koreya və Amerika komandaları üz-üzə gəlib və Asiya təmsilçisi 3:1 hesablı qələbə qazanaraq bürünc medala və üçüncü yerə layiq görülüb.