İran komandası İsfahanda keçirilən dünya tennis turnirində 3 qızıl qazanıb
Avq 13, 2023 17:38 Asia/Baku
İranın İsfahan şəhərindəki Espadan stadionlarında keçirilən Dünya Tennis Turnirində İranın milli komandası 3 qızıl medal qazanıb.
Kişilərin tək yarışında final mərhələsində iranlı oyunçu Əmir Əli Qəvam iranlı rəqibi İliya Cəfərini 3-6 və 5-7 hesabı ilə üstələyərək, çempionluq kürsüsünə yüksəlib.
Qadınların final mərhələsində iranlı oyunçu Yasəmən Yəzdani iranlı rəqibi Mandigar Fərzamini 1:6, 4:6, 4:6, yəni ümumilikdə 2:1 hesabı ilə məğlub edərək, turnirin qalibi olub. Oyunçu Fərzami ikinci yeri tutub.
İki rusiyalı oyunçu Alina Botaşeva və Vlada Qvrileva birgə üçüncü yeri tutublar.
Qadınların cütlük yarışında iranlı Fərzami - Sultani cütlüyü türkiyəli Artan - Koçak cütlüyünü 7-5, 6-1 hesabı ilə məğlub edərək, çempion olub.