Avq 17, 2023 16:31 Asia/Baku
  • İranlı sərbəst güləşçilər dünya üzrə ardıcıl üçüncü çempionatı əldə etdi

İranın gənclərdən ibarət sərbəst güləş komandası ardıcıl olaraq üçüncü dəfə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Qeyd edək ki, İordaniyanın paytaxtı Əmman şəhərində gənclər arasında sərbəst güləş üzrə dünya çempionatı yekununda İran komandası Məhəmməd Rza Şakiri, Məhəmməd Mubin Əzimi, Əbülfəzl Babalu və Əmirrza Məsuminin qızıl medal, Əli Rzai, Hüseyn Məhəmmədi Ağai 2 gümüş medal qazanmışlar. Əli Xürrəmdel isə bu yarışlarda bürünc medalı 165 xalla qazanmışlar. Milli komanda ardıcıl olaraq artıq üçüncü dəfədir ki, dünya çempionu olmuşlar.

İran komandasından sonra ABŞ ikinci, Hindistan komandası isə üçüncü yerdə qərarlaşıb.

  Prezident Seyid İbrahim Rəisi ünvanladığı məktubda ​​əziz İran xalqını gənclərdən ibarət sərbəst güləş üzrə milli komandasının dünya yarışlarında qazandığı qələbə münasibətilə təbrik etmiş və sərbəst güləş üzrə gənclərdən ibarət milli komandanın bütün güləşçiləri, iştirakçıları və məşqçilərinə öz təşəkkürün bildirmişlər.