Ümumdünya Şahmat Olimpiadasında qızıl medal
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i402758-Ümumdünya_Şahmat_olimpiadasında_qızıl_medal
Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan təmsilçisi qızıl medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2023 10:17 Asia/Baku
  • Ümumdünya Şahmat Olimpiadasında qızıl medal

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan təmsilçisi qızıl medal qazanıb.

47 ölkədən 63 komandanın mübarizə apardığı olimpiadada Azərbaycan millisi Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub.

 

Yığma yarışı 12-ci pillədə başa vurub. Read Səmədov birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq görülüb.