Avq 20, 2023 16:25 Asia/Baku
  • Spalletti Mançinini əvəz etdi

İtaliya Futbol Federasiyasının qərarı ilə Luçiano Spalletti bu ölkənin futbol üzrə yığma komandasının yeni baş məşqçisi seçilib. "Napoli"nin sabiq baş məşqçisi 2026-cı ilə qədər İtaliya millisinə rəhbərlik edəcək.

Spalletti ötən həftə vəzifəsindən istefa vermiş Roberto Mançinini əvəz edəcək. 

Bu 64 yaşlı məşqçi ötən mövsüm 33 ildən sonra "Napoli"ni İtaliya Liqasının çempionu etməyi bacardı.

Spalletti bu nailiyyəti əldə etdikdən sonra istirahətə ehtiyacı olduğunu açıqladı və qarşılıqlı razılaşma ilə "Napoli"dən ayrıldı.

Bununla belə  Mançininin gözlənilmədən gedişindən sonra İtaliya Futbol Federasiyası tərəfindən bu təcrübəli məşqçi ilə danışıqlar aparıldı və nəhayət, tərəflər 3 illik müqavilə ilə bağlı razılığa gəldilər.

Buna əsasən, gələn il Avro-2024 yarışları ilə yanaşı, 2026-cı ildə Amerika, Meksika və Kanadada keçiriləcək dünya çempionatının sonuna qədər Spalletti İtaliya komandasına rəhbərlik edəcək.