Avq 21, 2023 17:09 Asia/Baku
  • İranın astronomiya komandası beynəlxalq olimpiadada üçüncü olub

İranın astronomiya komandası astronomiya və astrofizika üzrə on altıncı beynəlxalq olimpiadada üçüncü yerə sahib çıxıb.

Polşanın Krakov şəhərində keçirilən sözügedən olimpiadada üç qızıl və iki gümüş medal qazanan İranın astronomiya komandası İngiltərə və Hindistan komandalarından sonra dünya üçüncüsü olub.

Sonrakı yerləri müvafiq olaraq, ABŞ, Braziliya, Bolqarıstan, Rumıniya, Almaniya və Kanada tutublar.

Yarışlar nəzəriyyə, müşahidə və astronomik məlumatların təhlili kimi üç mərhələdə və əlli iki ölkənin nümayəndələrinin iştirakı ilə, on gün müddətinə keçirilib.

 

Teqlər