Avq 22, 2023 16:07 Asia/Baku
  • İranın ciu-citsu nümayəndəsi sionist rejim idmançı ilə yarışmadan vaz keçib

Braziliya ciu-citsusu üzrə Qazaxıstanda keçirilən beynəlxalq yarışlarda bu idman növündə əlli altı kiloqram çəki dərəcəsində İranı təmsil edən Əmir-Abbas Ağayi məzlum Fələstin xalqına dəstək istiqamətində sionist rejim nümayəndəsilə qarşılaşmaqdan vaz keçib.

İranın İsfahan vilayətinin Semirom şəhərindən olan Əmir-Abbas Ağayi Qüdsü işğal etmiş rejimin iki nümayəndəsilə bir qrupa düşdüyü üçün sözügedən yarışmalarda iştirakdan vaz keçib və yarışlar dövriyyəsindən götürülüb.

Gənclər arasında ciu-citsu yarışları dörd gün müddətinə Qazaxıstanın Astana şəhərində keçirilir. Əmir-Abbas Ağayinin yarışmaq fikrindən daşınması ilə/ doqquz idmançı ilə yarışlarda iştirak edən İranın gənclərdən ibarət milli komandasının digər səkkiz üzvü öz rəqibi ilə qarşılaşacaq.