Avq 24, 2023 19:03 Asia/Baku
  • Ronaldo, Neymar və Benzema İrana gələcəklər

Bu gün Malayziyada yeni format və üslubda keçiriləcək Asiya çempionlar liqasının yarışlarından sonuncu mərhələnin püşkatma mərasimi keçirilib.

Bu püşkatmaya əsasən, İranın Perspolis futbol klubu Ərəbistanın Əldəhil, həmçinin Kriştianu Ronaldonun oynadığı Ənnəsr klubu il bir qrupa düşüb.

Kərim Benzemanın oynadığı Ərəbistanın Əlittihad komandası İranın Sepahan, Neymarın üzvü olduğu Ərəbistanın Əlhilal komandası isə İranın Nəssaci klubu ilə eyni qrupda yarışacaqlar.

Qərbi və Şərqi Asiyanın hər birindən iyirmi komanda beş, dörd komandalı qrupda yer alıb. Bu arada, Avropanın tanınmış ulduzlarının səudiyyə komandalarında iştirakları ilə cəlbedici və həyəcanlı Asiya futbol mövsümünün şahidi olacağıq.

Yarışların keçirilməsi bir təqvim ilində nəzərə alınıb və oyunlar bir mövsüm formasında bir ilin payızından başlanıb, sonrakı ilin yazında başa çatacaq.

 

Teqlər