Məhəmməd Salah Qəzzədə "qırğınlara" son qoymağa çağırıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i404634-məhəmməd_salah_qəzzədə_qırğınlara_son_qoymağa_çağırıb
"Liverpul"un hücumçusu Məhəmməd Salah Qəzzədə qırğınlara son qoymağa çağırıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 19, 2023 13:25 Asia/Baku
  • Məhəmməd Salah Qəzzədə

"Liverpul"un hücumçusu Məhəmməd Salah Qəzzədə qırğınlara son qoymağa çağırıb.

Salah sosial media hesablarında paylaşdığı videoda deyib: "Qırğınlar dayandırılmalıdır; ailələr parçalanır. İndi aydın olan odur ki, Qəzzəyə humanitar yardıma dərhal icazə verilməlidir. Oradakı insanlar dəhşətli vəziyyətdədir. Dünən gecə xəstəxanada olan mənzərələr dəhşətli idi. Qəzzə əhalisinin təcili olaraq qida, su və tibbi ləvazimatlara ehtiyacı var. Mən dünya liderlərini günahsız insanların daha da qırılmasının qarşısını almaq üçün bir araya gəlməyə çağırıram – bəşəriyyət qalib gəlməlidir".