Apr 01, 2024 14:49 Asia/Baku
  • İran komandası Vyetnamda keçirilən dördtərəfli futzal turnirində ikinci olub

İranın futzal üzrə milli komandası iki qələbə və bir məğlubiyyətlə Vyetnamda keçirilən dördtərəfli futzal turnirində işini başa vurub.

İranın futzal üzrə milli komandası Vyetnam turnirinin sonuncu günündə bu ölkənin paytaxtı Hoşimin şəhərinin “Lan Bin Tan” zalında ev sahibinin komandası ilə qarşılaşıb və üç-bir hesabı ilə rəqibini məğlub edib.

Görüşdə Əli Xəlilvənd, Əli Əsğər Həsənzadə və Behruz Əzimi İran komandasının qollarını vurublar.

Bu qələbə ilə, Vəhid Şəmsayinin yetirmələri Mərakeş komandası qarşısında dörd-beş hesabı ilə məğlubiyyət, Yeni Zelandiya yığması üzərində beş-sıfır hesablı qalibiyyət, həmçinin Vyetnam millisi üzərindəki qələbə ilə dördtərəfli turnirin ikincisi olub.

 

Teqlər