Apr 15, 2024 14:14 Asia/Baku
  • Serbiyada keçirilən taekvondo yarışları Kiyaninin qızıl və Nəsirinin bürünc medal almaları ilə başa çatıb

İranın qadınlardan ibarət taekvondo komandası Serbiyada keçirilən sərbəst yarışlarda bir qızıl və bir bürünc medal almağa müvəffəq olub.

Aprelin on ikisindən Serbiyanın Belqrad şəhərinin “Ranko Jeravitsa” zalında başlanan taekvondo üzrə iyirmi birinci sərbəst yarışlar bu gün böyüklər arasında bütün çəki dərəcələri üzrə qaliblərin müəyyən edilməsilə başa çatıb.

Yarışlarda İranın qadınlardan ibarət taekvondo komandası altı nümayəndə ilə iştirak edib. Komandamız bu turnirdə Nahid Kiyani tərəfindən qızıl və Səidə Nəsiri vasitəsilə bürünc medal əldə edib.

Səidə Nəsiri yarımfinalda İspaniya nümayəndəsi “Adriana Sereso İqlesias”a uduzub və bürünc medalla kifayətlənib.

İranın olimpiya nümayəndəsi Nahid Kiyani isə finalda Çexiyadan olan “Heronova” üzərində qələbə qazanıb və qızıl medala sahib çıxıbdır.

 

 

Teqlər