Taekvondo üzrə dünya çempionatı; İran qadınlarının tarixi çempionluğu
İranın qadınlardan ibarət milli komandası Cənubi Koreyada keçirilən taekvondo üzrə dünya çempionatının qalibi olub.
Sözügedən çempionat Cənubi Koreyanın Çunçeon şəhərində beş komandanın iştirakı ilə keçirilib.
Xanımlar Melika Mir Hüseyni, Yəlda Vəlinejad, Sağər Muradi və Məhla Mömindən ibarət olan İranın qadınlardan ibarət yığma komandası yarımfinal mərhələsində Cənubi Koreya komandasını iki-sıfır hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.
Finalda Mərakeş yığmasını iki-bir hesabı ilə məğlub edən komandamız çempionluq tituluna nail olub.
Bundan öncə/ Cənubi Koreya komandasına qalib gələn İranın kişilərdən ibarət milli komandası kişilər bölməsinin çempionu adını qazanmışdı. Mehdi Abidini, Məhəmməd-Hüseyn Yəzdani, Əli Xoşrəveş və Əbülfəzl Zəndi kişilərdən ibarət komandamızı təşkil ediblər.