Müəzzəm Rəhbərin Həzrət Zəhranın (s) şəhadətinin tarixi haqqında nəzəri
Noy 14, 2024 14:13 Asia/Baku
Höccətül İslam Ədib Yəzdi çıxışlarının birində İnqilab Rəhbərindən xatirə söyləyir: "Yadımdadır, bir gün İnqilabın Ali Məqamlı Rəhbərinin hüzurunda idim.
Orda oturanlardan biri soruşdu ki, Həzrət Fatimənin (s) şəhadəti məsələsində, Onun (s) şəhadəti İslam Peyğəmbərinin (s.ə.v.s) vəfatından 75 gün sonra düzgündür, yoxsa 95 gün?
Ali Rəhbər həqiqətən ona müdrik cavab verərək dedi:“Hansının düzgün olmasının sizin üçün nə fərqi var. Allah istəyir ki, insanlar anamızı daha çox xatırlasınlar və anamıza daha çox ağlasınlar, onun fəzilətlərini yad etsinlər”.