Fələstin Qəzzəli uşaqların şəhid edilməsi ilə bağlı beynəlxalq araşdırmaya çağırır
Fələstin Özünü İdarəetmə Təşkilatının baş naziri bir bəyanatda, sionist rejimin Qəzzə zolağına son təcavüzü zamanı beş fələstinli uşağın şəhid edilməsi ilə bağlı təcili beynəlxalq araşdırmaya çağırıb.
SəhərAzəri-nin məlumatına görə, Məhəmməd Əştiyyənin bəyanatında bildirib ki, işğalçı rejim tərəfindən Cəbəliyyə qətliamının tanınması beynəlxalq məhkəmələrin və insan haqları qurumlarının ikili standartlardan uzaq olaraq, bu cinayətlə bağlı etibarlılığını və ciddiliyini sınaqdan keçirir.
Əştiyyə əlavə edib ki, işğalçı ordunun Qəzzədə Fələstin xalqına qarşı son təcavüzü zamanı törətdiyi qətliamlar sionist rejimin beynəlxalq məhkəmələrdə cinayət qeydlərinə əlavə edilir.
O, xəbərdarlıq edib ki, cinayətkarların cəzasız qalmaması üçün beynəlxalq hüquq və insan haqları institutlarının ədalətli tədbirlər görməməsi başqa cinayətlərin də törədilməsi deməkdir.
Fələstinin baş naziri, həmçinin ABŞ və Avropa İttifaqını bu cinayəti pisləməyə və işğalçıların özünümüdafiə hüququ ilə bağlı bəyanatlar verməməyə çağırıb.