Okt 03, 2022 13:54 Asia/Baku
  • Bir ay ərzində sionistlərə qarşı 75 atəş açmaq hadisəsi qeydə alınıb

Sionist mediası son bir ayda (sentyabr) fələstinli döyüşçülərin sionistlərə qarşı atəş açması ilə bağlı 75 hadisənin qeydə alındığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin 7-ci kanalı bir hesabatda bildirib ki, ötən ilin sentyabrında fələstinli döyüşçülərin sionistlərə qarşı atəş açması ilə bağlı 75 hadisə barədə məlumat verilib.

Məlumatda bildirilib ki, fələstinlilər sentyabr ayında sionistləri hədəfə almaq üçün 34 əldəqayırma partlayıcı qurğunu işə salıblar.

Sözügedən kanal bu əməliyyatları yeni Fələstin intifazəsi adlandırıb.

Eyni zamanda Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Səraya Əl-Qüds batalyonları bazar günü elan edib ki, bu batalyonun bir qrup qüvvəsi Ceninin cənubundakı "Tersele" qəsəbəsində yerləşən sionist əsgərləri hədəf alıb.

Sionist rejim mediası, həmçinin fələstinlilərin Nablusdakı "İtamar" qəsəbəsi yaxınlığında sionist hərbçilərə hücumu nəticəsində bir İsrail əsgərinin yaralandığını açıqlayıb.

İvrit mənbələri, həmçinin Nablus yaxınlığındakı 3 bölgənin atəşə tutulduğunu, İordan çayının qərb sahilində sionist qəsəbələr şurasının rəhbəri Yossi Daqanın maşınına açılan atəş nəticəsində bir əsgərin yaralandığını bildirib.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusi bir hal alıb və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün xüsusi şərait yaradıb.

Teqlər