Okt 04, 2022 14:18 Asia/Baku
  • Sionistlərin Qərb sahilinə hücumu nəticəsində 37 fələstinli yaralanıb

Fələstin Qızıl Aypara Cəmiyyəti bildirib ki, sionist hərbçilər və qəsəbə sakinlərinin İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərinin ətrafına hücumu zamanı 37 fələstinli yaralanıb.

Son günlər və həftələrdə sionist rejim hərbçilərinin fələstinlilərə qarşı hücumları şiddətlənib. sionist hərbçilər bir çox hallarda fələstinliləri birbaşa atəşlə hədəfə alırlar. Fələstinlilər də sionistlərin cinayətlərinə cavab vermək üçün müqavimət əməliyyatları həyata keçirirlər.

Fələstinli döyüşçülər keçən həftə İordan çayının qərb sahilinin müxtəlif bölgələrində sionist hərbçilər və qəsəbə sakinlərinə qarşı 27 müqavimət əməliyyatı həyata keçiriblər.

"İRNA"nın məlumatına görə, sionist hərbçilər Nablusun cənubunda yerləşən Beyta bölgəsində fələstinli gənclərlə toqquşublar və onlara qarşı güllə və gözyaşardıcı qazdan istifadə ediblər. 

Bir qrup qəsəbə sakini də Nablus şəhərində ətraf yollarda fələstinlilərin avtomobillərinə daşla hücum ediblər.

Onlarla fələstinlinin yaralanması elə bir haldadır ki, bazar ertəsi media mənbələri Ramallah şəhəri yaxınlığındakı Əl-Cəlzun düşərgəsində avtomobillə sionistlərin üzərinə sürməyə cəhd bəhanəsi ilə İsrail qüvvələri tərəfindən iki fələstinlinin şəhid olması və daha bir fələstinli gəncin ağır yaralanması barədə məlumat yayıblar.

Sionist rejim ordusu üç nəfərin Əl-Cəzun düşərgəsi yaxınlığında reyd zamanı əsgərlərə qarşı avtomobillə hücum təşkil etməyi planlaşdırarkən, qüvvələri tərəfindən hədəfə alındığını iddia edib.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusi bir hal alıb və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün xüsusi şərait yaradıb.

Bundan əvvəl sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə vuruşurdular, indi isə Fələstinin şərqində yerləşən İordan çayının qərb sahili gənclərinin silahlanması səbəbindən qorxaq sionistlər üçün bir pusquya çevrilib və rahat yoxunu onlardan alıb. 

Teqlər