Okt 09, 2022 16:30 Asia/Baku
  • Qəsbkarlar mövlud şənliyinə basqın ediblər

Sionist hərbçilər İslam Peyğəmbəri(s.ə.s)-in mövludunun qeyd olunması mərasimi üçün bir araya gəlmiş fələstinlilərə hücum ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Şənbə günü işğal olunmuş Qüds şəhərində keçirilən İslam Peyğəmbəri(s.ə.s)-in mövludunun qeyd olunması mərasiminin yatırdılması gedişində bir qrup fələstinli sionist hərbçilərin hücum və zərbələri nəticəsində bədən xəsarəti alıb, bir qrup fələstinli də həbs olunubdur.

Qüds şəhərinin sakin və zəvvarları işğalçıların güclü tədbirləri arasında sünni əhlinin rəvayətinə görə, on iki rəbiüləvvələ təsadüf edən İslam Peyğəmbəri(s.ə.s)-in mövludunun ildönümü gününü qeyd ediblər.

Kəşafə nümayiş qrupunun Əl-Zəhra küçəsindən başlanan yürüşü Səlahəddin və Sultan Süleyman küçələrindən keçməklə Babulamuda doğru davam edib və Məscidüləqsa meydanlarında başa çatıbdır.

Qüdsün qədim hissəsinin tacirləri yürüş iştirakçıları arasında şirniyyat paylayıblar ki, bu tədbir Beytülmüqəddəs qruplarının Nəbəvi mədhiyyəçiliklərilə müşayiət olunubdur.

Bu arada Qüdsün qədim hissəsinin bazarları İslam Peyğəmbəri(s.ə.s)-in mövludunun ildönümü günü ilə bir vaxtda geniş ticarət rövnəqinin şahidi olub. Minlərlə insan mübarək Əl-Əqsa məscidində namaz qılmaq və İslam Peyğəmbəri(s.ə.s)-in mövludunun ildönümü gününü qeyd etmək üçün onun səhnlərində bir araya gəlib.

Qüds islami vəqflər idarəsi də İslam Peyğəmbəri(s.ə.s)-in mövludunun ildönümü gününü Qiblə Müsəllasında o həzrətin özü və xüsusiyyətləri barədə dini hekayət və nəğmələrlə yanaşı qeyd edibdir.

 

Teqlər