İƏT məscidin İsrail tərəfindən təhqir edilməsinə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/fələstin-i396515-İƏt_məscidin_İsrail_tərəfindən_təhqir_edilməsinə_xəbərdarlıq_etdi
İslam Əməkdaşlıq Təşkilatı Əl-Əqsa məscidinə davam edən basqınların mənfi nəticələri barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2023 15:18 Asia/Baku
  • İƏT məscidin İsrail tərəfindən təhqir edilməsinə xəbərdarlıq etdi

İslam Əməkdaşlıq Təşkilatı Əl-Əqsa məscidinə davam edən basqınların mənfi nəticələri barədə xəbərdarlıq edib.

Təşkilatın İcraiyyə Komitəsinin İsrailin Əl-Əqsa məscidinə basqınlarını müzakirə etmək üçün keçirdiyi fövqəladə iclasın yekun bəyanatında yanvarın 3-də İsrailin “ekstremist” milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məscidül-Əqsaya basqın etməsi ən sərt şəkildə pislənilib.

Bəyanatda deyilir: “Bütün dünyada müsəlmanların hisslərinə toxunan bu təhlükəli təxribat, həm də beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin pozulmasıdır”.

İslam Əməkdaşlıq Təşkilatı BMT Təhlükəsizlik Şurasını İsrailin baş verənlərə görə məsuliyyət daşıdığını qeyd edərək, Təl-Əvivin təhrikedici addımalrının qarşısını almaq, pisləmək və dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.