“Əl-Əqsa Tufanı”nın 264-cü günü UNRWA-dan dəhşətli xəbər
Qəzzə müharibəsinin 9-cu ayının tamam olduğu bir vaxtda işğalçı və heç bir qırmızı xəttə riayət etməyən İsrail ordusunun təcavüzləri və mühasirəyə alaraq günahsız insanları hədəfə aldığı hücumlarda azyaşlı uşaq qurabanları haqda xəbərlər qəlblər dağlayır. Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi verdiyi hesabatda bu dəhşətli hücumlar nəticəsində ən azı 2000 uşağın ayağının amputasiya olunduğunu açıqlayıb.
Acı və dəhşətli müharibənin 264-cü gününü keçirən bu anklavın şimalından cənubuna qədər bütün ərazilər hələ də işğalçı İsrail ordusunun hava və artilleriya hücumlarına məruz qalır.
Bundan daha acınacaqlı isə, işğalçıların humanitar yardımın qarşısını alması məzlum Qəzzə əhalisi arasında kütləvi aclıq və qıtlığın yayılmasına səbəb olub.
Fələstin rəsmilərinin bildirdiyinə görə, Qəzzəyə humanitar yardımın gəlişi artıq 40 gündür ki, ciddi şəkildə azalıb.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi də (UNRWA) Qəzzədə insanların kütləvi aclıqdan daha çox əziyyət çəkdiyini elan edib.