Avq 13, 2022 19:49 Asia/Baku
  • İngiltərədə Fələstinə dəstək yürüşü

İngiltərə xalqı məzlum Fələstin xalqını himayə etmək üçün küçələrə çıxıb və qəsbkar sionist rejimə qarşı etiraz aksiyası keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim hərbçiləri tərəfindən Fələstin xalqının öldürülməsi fonunda və dünyada bu cinayətlərə reaksiyaların davamında sionist rejimin doğulduğu yer olan İngiltərə də sionistlərə qarşı nifrət və qəzəblərə səhnə olub. Müxtəlif təbəqələrdən, millətlərdən və dinlərdən olan Fələstin xalqının tərəfdarları dəfələrlə Londonun mərkəzi küçələrində və İngiltərə baş nazirinin ofisi binasının qarşısında nümayişlər keçirərək sionist rejimə dəstəyin dayandırılmasını tələb ediblər.

İngiltərənin şimalında yerləşən Şotlandiyada, Şotlandiyanın ən məşhur futbol klubu olan Seltik klubunun çoxlu sayda azarkeşi, xüsusən də İrlandiya əsilli olanlar dəfələrlə Fələstin bayrağını dalğalandıraraq,  sionistlərə və onların cinayətlərinə qarşı qəzəb və nifrətlərini bildiriblər və Fələstin xalqının azadlığına dəstəklərini nümayiş etdiriblər. 

Lakin sionistlərə, xüsusilə də fələstinli qadın və uşaqların öldürülməsinə qarşı qəzəb və nifrətin ifadəsi təkcə London və siyasi və ictimai arenalarla məhdudlaşmır.

"Seltik" komandası, azarkeşlərinin Fələstin amallarına verdiyi dəstəyə görə UEFA tərəfindən dəfələrlə cəzalandırılıb və cərimələnib, amma bu məsələ, azarkeşlərinin Fələstin xalqına dəstəyini dayandırmasına səbəb olmayıb. Hansı ki, sionistlərin qəzəbinə səbəb olub və Fələstin amallarını dəstəkləyənlərin motivasiyasını gücləndirib. 

Fələstin bayrağının dalğalandırılması, fələstinlilərin dəstəklənməsi və sionist rejimə qarşı qəzəbin ifadə edilməsi səhnələri, İngiltərə stadionlarında dəfələrlə təkrarlanıb. xüsusilə də bu rejimin komandaları və idmançılarının iştirak etdiyi vaxtlarda. Hazırda Fələstin bayrağı İngiltərədəki bir çox yürüşlərdə dalğalanır.

Teqlər