Sionist rejim fələstinlilərin 50 yaşayış binasını dağıdıb
BMT-nin işğal olunmuş ərazilərdəki Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) bildirib ki, sionist rejim son iki həftədə Qüds və İordan çayının qərb sahilində əksəriyyəti evlərdən ibarət 50 Fələstin tikilisini söküb, ələ keçirib və ya insanları sökməyə məcbur edib.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisinin dövri olaraq, nəşr olunan hesabatında deyilir: Bu söküntülər 28-i uşaq olmaqla 55 Fələstin vətəndaşını didərgin salıb və daha 220 nəfərin yaşayışına təsir edib.
Bu beynəlxalq təşkilat vurğulayıb ki, sionist rejim adətən tikinti icazəsi olmadığı bəhanəsi ilə fələstinlilərin evlərini dağıdır. Bu elə bir haldadır ki, fələstinlilər hətta öz torpaqlarında tikinti aparmaq üçün icazə istəsələr də, sionist rejim onlara belə bir icazə vermir.
Sözügedən hesabatda o da bildirilir ki, dağılmış binalardan 12-si xarici yardım hesabına tikilib.