Fələstinli əsirlər aclıq aksiyasına başlayıblar
Sionist rejim məhbəslərindəki fələstinli əsirlər İsrail rejiminin məsul şəxlərinin zindanlardakı zalımcasına hərəkətlərinə etiraz olaraq bu gündən etibarən, aclıq aksiyasına başlayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstinli əsirlər son illərdə sionist rejimin həbsxanalarında dəfələrlə aclıq aksiyası keçiriblər. 2019-cu ildə 400-dən çox fələstinli məhbus öz həbs şəraitinə etiraz olaraq doqquz gün yeməkdən imtina etdi.
Fələstin Əl-Yəum-un verdiyi məlumata görə, sionist rejimin məsul şəxləri elə bir halda fələstinli əsirlərə işgəncələr verir və onları daim bir kamera və zindandan başqa birisinə köçürürlər ki, bu məsələ mart ayında bu rejimlə fələstinli əsir hərəkatı arasında əldə olunmuş razılaşma və anlaşmaların pozulması deməkdir.
Məlumata əsasən, fələstinli əsirlər bu razılaşma və anlaşmaların pozulmasına cavab olaraq, ötən mart ayında dayandırdıqları İsrail rejiminin məsul şəxlərinin zalımcasına hərəkətləri qarşısındakı etiraz fəaliyyətlərini bu gündən etibarən, bərpa ediblər.
Fələstinli əsirlər aclıq aksiyasından əlavə, bildiriblər ki, sionist həbsxanaların “təhlükəsizlik təftişi” adlı qaydalarını icra etməkdən imtina edəcəklər. Onlar öz istək və tələblərinə təkid etmək üçün iki həftəyədək aclıq keçirəcəklər ki, zindan müdiriyətini öz zalımcasına hərəkətlərindən çəkindirmiş olsunlar.
Fələstinli əsirlər sionist rejimin təhlükəsizlik yoxlamaları ilə mübarizə etmək üçün öz kameralarını tərk etməməlidirlər.
Sionist rejimin zindanlar idarəsi adətən bütün məhbusları otaqlardan çıxarır və kameraları təftiş etməyə başlayır. Sionist rejimin zindanlar idarəsi bunu, silahlanmış zindan nəzarətçiləri və polis itləri vasitəsilə edir və bu hərəkət zamanı otaqda yalnız bir məhbus qalmaq hüququna malikdir.
Məlumatın davamında bildirilir ki, fələstinli məhbusların işlərinə baxan fövqəladə ali komitə, sionist rejimin zindanlar idarəsinin hər hansı təcavüzü ilə mübarizə aparmağa hazırdır və bu təhdidlər onları vahid mübarizəni davam etdirməkdən çəkindirməyəcək.
Məlumatda həmçinin deyilir ki, bir çox əlaqədar qurumla əlaqə saxlayan Fələstinli Məhbusların Məsələləri üzrə Heyət əsirlərin fərdi kameralarda saxlanılmaları ilə bağlı xəbərdarlıq edib və bütün fələstinlilərdən istəyibdir ki, birlik və həmrəyliklə əsirlərin fədakarlıqlarını himayə etsinlər.
Hal-hazırda 4600 kişi və qadın fələstinli əsirdən 682 nəfəri inzibati həbsdədir.
Belə bir halda. fələstinli əsirlər də inzibati həbsə etiraz olaraq, 203 gündür ki, məhkəmə iclaslarında iştirak etməyi boykot ediblər.