Şəbra və Şətila soyqırımı şəhidlərinin 40-cı ildönümü
Şəbra və Şətila soyqırımı şəhidlərinin qırxıncı ildönümü mərasimi müxtəlif livanlı və fələstinli qrupların nümayəndələrinin və bir qrup insanın iştirakı ilə Beyrutdakı «İctimaati Risalat» zalında keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, bu soyqırımı tarixin yaddaşından silinməyəcək. 40 il bundan əvvəl fələstinlilərin Səbra və Şətila düşərgələrində sionist rejim hərbçiləri və Səmir Cəcənin başçılıq etdiyi livanlı falanq qüvvələri 1982-ci il sentyabrın 16-dan 18-dək təxminən dörd min qadın, uşaq və kişi didərgin fələstinlini qanına qəltan etdilər.
Bu, sionist rejimin fələstinlilərə qarşı yeganə soyqırımı deyil. ABŞ və digər insan haqları iddiaçıları da bu insan fəlakətinə ortaqdırlar. Bu cinayətlər son aylarda Qəzzə əhalisinin terror edilməsi və üzərinə raketlərin yağdırılması ilə də təkrar edildi və sübut etdi ki, müqavimət, qəsbkarlar üzərində qələbənin yeganə yoludur.
Sionistlərin cinayətlərini pisləyən simvolik yürüşün iştirakçıları Səbra və Şətila şəhidlərinin anım məkanında bu şəhidlərin yüksək dərəcələrinə hörmət ifadə ediblər.
Fələstinin azadlığı uğrunda demokratik cəbhənin siyasi bürosunun üzvü Əli Feysəl deyib: "Müqavimət yolunun davam etdirilməsi, bu şəhidlərin qanlarının intiqamının alınması yoludur. Təəssüf edirəm ki, fələstinlilərin soyqırımının 40-cı ildönümündə əmirliklərin xarici işlər naziri işğal olunmuş ərazilərə gedib və xolokostu anmaqdadır".
Mərasim iştirakçıları məktublar imzalayıb, BMT-yə və Beynəlxalq Amnistiya Təşkilatına göndəriblər. Onlar sionist rejimin əsirliyində olan fələstinli əsirlərin vəziyyətinə dərhal baxılmasını tələb ediblər.