Qüds və Əl-Xəlildə fələstinlilərlə sionist qüvvələr arasında toqquşmalar
https://azeri.sahartv.ir/news/fələstin-i393532-qüds_və_Əl_xəlildə_fələstinlilərlə_sionist_qüvvələr_arasında_toqquşmalar
Fələstinli mənbələr Qüds və Əl-Xəlilin bir neçə bölgəsində fələstinli gənclərlə sionist hərbçilər arasında şiddətli toqquşmaların baş verdiyini bildiriblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 27, 2022 10:07 Asia/Baku
  • Qüds və Əl-Xəlildə fələstinlilərlə sionist qüvvələr arasında toqquşmalar

Fələstinli mənbələr Qüds və Əl-Xəlilin bir neçə bölgəsində fələstinli gənclərlə sionist hərbçilər arasında şiddətli toqquşmaların baş verdiyini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, sionist qəsəbə sakinləri bazar ertəsi səhər yəhudi ilinin başlanması bəhanəsi ilə Məscidül-Əqsaya hücuma başlayıblar. Sionist rejim hərbçiləri də qəsəbə sakinlərinə dəstək verib, Məscidül-Əqsanın mühafizəsini aparan fələstinli gənclərlə qarşılaşıblar. 

"Əl-Aləm" telekanalının məlumatına görə, bazar ertəsi axşam sionist qəsəbə sakinlərinin Məscidül-Əqsaya hücumundan sonra işğal olunmuş Qüds və Əl-Xəlildə fələstinli gənclərlə sionist qüvvələr arasında şiddətli qarşıdurma yaranıb.

Qarşıdurmaların Silvan və Əl-İsəviyyə qəsəbələrində baş verdiyi və fələstinlilərin yaralanmasına səbəb olduğu bildirib.

Fələstin Qızıl Aypara Cəmiyyəti işğalçı İsrail qüvvələrinin Məscidül-Əqsaya hücumu zamanı Bab əl-Əsbat yaxınlığında bir neçə fələstinlinin yaralandığını açıqlayıb.

Sionist hərbçilər qəsəbə sakinlərinin Məscidül-Əqsaya hücumu ilə eyni vaxtda məsciddəki fələstinli qadınlara vəhşicəsinə hücum edərək, onları döyüblər.

HƏMAS hərəkatı sionist mühacirlər və hərbçilərin Məscidül-Əqsaya hücumuna cavab olaraq, ona qarşı uyğun mövqe tutmaq üçün sionist işğalçıların Məscidül-Əqsadakı davranışlarını yaxından izlədiyini bildirib.