Sionistlərin əl-Əqsa məscidi ilə bağlı vandallığı qınanır
İƏT məscidin İsrail tərəfindən təhqir edilməsinə xəbərdarlıq etdi
İslam Əməkdaşlıq Təşkilatı Əl-Əqsa məscidinə davam edən basqınların mənfi nəticələri barədə xəbərdarlıq edib.
Təşkilatın İcraiyyə Komitəsinin İsrailin Əl-Əqsa məscidinə basqınlarını müzakirə etmək üçün keçirdiyi fövqəladə iclasın yekun bəyanatında yanvarın 3-də İsrailin “ekstremist” milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məscidül-Əqsaya basqın etməsi ən sərt şəkildə pislənilib.
Bəyanatda deyilir: “Bütün dünyada müsəlmanların hisslərinə toxunan bu təhlükəli təxribat, həm də beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin pozulmasıdır”.
İslam Əməkdaşlıq Təşkilatı BMT Təhlükəsizlik Şurasını İsrailin baş verənlərə görə məsuliyyət daşıdığını qeyd edərək, Təl-Əvivin təhrikedici addımalrının qarşısını almaq, pisləmək və dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.