Yan 30, 2023 15:30 Asia/Baku
  • Sionist rejim quadkopteri nəzarətə alınıb

Həmas hərəkatının rəhbərlərindən olan Rizvan İsmail deyib ki, “Kətaib Əl-Qəssam”ın sionist rejim quadkopterini ələ keçirməsi bu rejimə hərbi və təhlükəsizlik zərbəsi, müqavimət üçün isə yeni nailiyyət sayılır.

“Şəhab Nyus” portalına müsahibə verən Rizvan söyləyib: Quadkopterin ələ keçirilməsi və ondan düşmən qüvvələrinə məxsus mühüm və həssas informasiyaların çıxarılması, müqavimətin qabiliyyətinin genişlənməsi və qəsbkar rejimlə elektron-təhlükəsizlik döyüşündəki qələbəsindən söz açır.

O, əlavə edib: Fələstin müqavimətinin sionist rejimə endirdiyi ardıcıl zərbələr onun bu rejimin təhlükəsizlik sisteminə nüfuzdakı uğuru və yaradıcılığını göstərir.

Sionist rejimin müqavimət və onun yaradıcılıqları ilə qarşılaşmadakı məğlubiyyətlərinə təkid edən Rizvan deyibdir ki, sionist rejim hörümçək torundan da zəifdir.

 

Teqlər